Accessibility links

Somalida partlayış 20 nəfərin ölümünə səbəb olub


Somali prezidenti Həsən Şeyx Məhəmməd deyib ki, bu gün paytaxt Moqadişuda 20 nəfərin ölümünə səbəb olmuş partlayışla bağlı bir nəfər saxlanılıb.

Moqadişudakı ikinci Elm və Texnologiya Mərkəzinin açılışında çıxış edən prezident Məhəmmədin sözlərinə görə, mülki vətəndaşlara qarşı dəhşətli hücumu həyata keçirən şəxs təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.

Partlayış Moqadişu hava limanına yaxın olan Beerta bazarının qabağında törədilib.

Təhlükəsizlik rəsmilərinin verdiyi məlumata görə, bu gün günorta satlarında naməlum şəxs içərisi partlayıcılarla dolu avtomobilini meyvə-tərəvəz bazarının qabağında saxlayıb. Bazar paytaxtın Afesyoni məhəlləsində yerləşir.

Partlayış həm də Moqadişu hava limanına yaxın olan Beerta bazarının qabağında törədilib.

Məhz həmin ərazidən təxminən 30 dəqiqə əvvəl Somali prezidentinin karteji ilə birlikdə keçdiyi bildirilir. Ancaq prezidentin kartejinin birbaşa hədəf olub-olmadığı hələlik müəyyən edilməyib.

Amerikanın Səsinin hadisə yerində olan əməkdaşları ən azı 20 nəfərin öldüyünü, 20 nəfərin isə yaralandığını bildirir.

Hücumun məsuliyyətini hələlik heç kim öz üzərinə götürməyib. Adətən Somalidə islamçı qrup Əl-Şabab paytaxtda oxşar hücumlar həyata keçirir. Onlar Qərbin dəstəklədiyi hökumətin devrilməsinə çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG