Accessibility links

Somali dəniz quldurluğunun dünya iqtisadiyyatına vurduğu illik ziyan 7 milyard dollar təşkil edir

  • Amerikanın səsi

Somali dəniz quldurluğunun dünya iqtisadiyyatına vurduğu illik ziyan 7 milyard dollar təşkil edir

Somali dəniz quldurluğunun dünya iqtisadiyyatına vurduğu illik ziyan 7 milyard dollar təşkil edir

ABŞ-da yerləşən Bir Yer Kürəsinin gələcəyi (One Earth Future foundation) fondunun hesabatına görə, Somali dəniz quldurluğunun dünya iqtisadiyyatına vurduğu illik ziyan 7 milyard dollar təşkil edir. Bu məbləğin çox hissəsi gəmilərin müdafiəsi və girovların azad edilməsinə sərf edilir. Hesabatda ələ keçirilən hər bir gəmiyə 5 milyon dollar tələb olunduğu bildirilir. Bu göstərici 2011-ci ilin qurldurluq məsrəflərinin yalnız bir hissəsini təşkil edib.
Böyük məbləğdə pul tələb edən gəmilər isə neft qiymətlərinin artmasına görə quldurların fəaliyyət göstərdiyi su ərazilərindən keçməyə məcbur olan neft daşıyan gəmilərdir. Onlara sərf edilən ən böyük məbləğ 2.7 milyard təşkil edib. Hesabatda hərbi əməliyyatlara 1 milyard, silahlı təhlükəsizlik qüvvələrinin gəmilərə yerləşdirilməsinə 1 milyard dollar vəsait xərcləndiyi deyilir.
Aden körfəzində dəniz quldurları son bir neçə il ərzində onlarla gəmini ələ keçirib. Quldurların əlində hələ də 10 gəmi və 159 insanın girov saxlandığı bildirilir.

XS
SM
MD
LG