Accessibility links

Afrika Birliyinin əsgərləri Somalidə Kudauda Əl-Şəbəb qrupunun yüksək səviyyəli komandirini qətlə yetirib. Hərbi qüvvələrin rəsmilərinin bildirdiyinə görə, terrorçu qrupun ordunun ərazidəki obyektinə hücumun qarşısı alınıb.

Somalinin yüksək səviyyəli hərbi komandiri Əhməd Hersi Amerikanın Səsinə bildirib ki. Keniyanın Müdafiə qüvvləri və Somali Milli ordusunun birgə qüvvələri militantların Somali hərbi bazasına hücumuna cavab verib.

O deyib ki, hücum zamanı üç militant qətlə yetirilib və Başe Nure Hassan onların arasında olub. Onun militantların ərazidə kəşfiyyat, təchizat və təminat işlərinə nəzarət etdiyini bildirilir.

Keniyanın Müdafiə nazirliyinin açıqladığı bəyanatda deyilir ki, Əl-Şəbəb komandiri Başe Nure Hassan qarşısı alınmış hücumda iştirak edən qətlə yetirilmiş iki komandirdən biridir.

Bəyanatda bildirilir ki, Afrika Birliyinin əsgərləri hücumun qarşısını almaq üçün mərmiatanlar və pulemyotlardan istifadə edib. Əl-Şəbəb qrupunun çox sayda döyüşçüsünün yaralandığı bildirilir.

Afrika Birliyinin qüvvələri terrorçulardan üç tüfəng, peyk telefonu və yüzlərlə hərbi sursat ələ keçirib. Afrika qüvvələri tərəfindən tələfatların olmadığını bildirilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG