Accessibility links

ABŞ xüsusi qüvvələrinin əsgəri Somalidə həlak olub


“Navy Seal” kimi tanınan elitar donanma xüsusi qüvvələrinin əsgəri Somalidə əl-Şabab militantlarına qarşı əməliyyatda öldürülüb.

ABŞ hərbi rəsmiləri Amerikanın Səsinə bildirir ki, əsgər Barire şəhəri yaxınlığında yüngül çaplı silahdan açılan atəş nəticəsində həlak olub. Həmin şəhər paytaxt Moqadişudan 65 kilometr qərbdə yerləşir.

Hücum nəticəsində azı 2 başqa əsgər və tərcüməçi yaralanıb.

Əl-Şabab cümə günü əməliyyatda “bir neçə düşmən əsgəri” öldürdüyünü bəyan edib.

Qitədə ABŞ hərbi əməliyyatlarını tənzimləyən ABŞ Afrika Komandanlığı bildirir ki, insident əsgərlər Somali Milli Ordusuna “tövsiyə və dəstək” missiyası həyata keçirən zaman baş verib.

Somalinin Aşağı Şabell regionun rəsmisi deyir ki, əsgərlər əl-Şababın radio stansiyası kimi tanınan Radio Anadlusa reyd keçirən zaman atəşə tuş gəliblər.

O, Amerikanın Səsinə bildirib ki, reyddə 8 əl-Şabab militantı öldürülüb. O, əsgərlərin radio ləvazimatlarını müsadirə etdiklərinə inanır.

Əl-Şabab cümə günü əməliyyatda “bir neçə düşmən əsgəri” öldürdüyünü bəyan edib.

Qurumun sözçüsü Əbdüləziz Əbu Müsab Radio Andaulsa bildirib ki, onlar ABŞ hücumunu dəf ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG