Accessibility links

Somalinin təhlükəsizlik qüvvələri Əl-Şəbab qrupunun yaraqlıları tərəfindən tutulan mehmanxana böhranına son qoyub.

Somalinin informasiya naziri Məhəmməd Əbdi Mareyenin bildirdiyinə görə, mehmanxana yaraqlılardan bu gün səhər təmizlənib.

Hücum zamanı əsgərlər, mehmanxananın təhlükəsizlik işçiləri, mülki vətəndaşlar və hücumçular daxil edilməklə, 20 nəfər həlak olub, 28 nəfər xəsarət alıb.

Hücumçular arxa qapıdan mehmanxanaya daxil olub. Otaqlardan çıxa bilməyən 50-dən artıq qonaq və işçi bu gün xilas edilib.

Somalinin İsvecrədəki səfiri Yusuf Məhəmməd İsmail Bari Bari ağır yaralanmış vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Ölənlər arasında Somali əsilli bir amerikalı qadın da olub.

Əl-Şəbab qrupu 2013-cü ildə Nairobidə Uestgate ticarət mərkəzi və ötən il iki dəfə prezident sarayına hücum edib.

XS
SM
MD
LG