Accessibility links

Birləşmiş Ştatlar Əl-Şəbəb qrupunun keçən həftə paytaxt Maqadişuda iki mehmanxanaya və Afrika Birliyinin hərbi qüvvələrinə qarşı hücumları qətiyyətlə qınayıb.

Keçən həftənin çümə günü Veheliye və Siyad mehmanxanalarına edilən hücum zamanı azı 16 nəfər ölüb.

Elə həmin gün hazırda Afrika Birliyinin əsas hərbi bazasının yerləşdiyi Moqadişunun keçmiş futbol stadionu da qumbara atəşlərinə məruz qalıb. Xəsarət alanlar barədə məlumat verilməyib.

Birləşmiş Ştatların Dövlət Departamenitinin bazar günü açıqladığı bəyanatında deyilir: "Əl-Şəbəb bir daha özünün qəddarlığını və zorakılıq və zülmdən azad olan Somali cəmiyyətini tamamilə rədd etdiyini nümayiş etdirib."

Militant qrup illərdir Somali hökumətini devirmək və İslam dövləti yaratmağa çalışır.

XS
SM
MD
LG