Accessibility links

3 Somali əsilli amerikalının məhkəməsi başlayır


İŞİD-ə dəstək ittihamı ilə üzləşən 3 Somali əsilli amerikalının mühakəməsi üçün münsiflər məhkəməsinə seçimlər başlayıb.

22 yaşlı Məhəmməd Fərəh, 21 yaşlı Guled Ömər və 22 yaşlı Əbdürrəhman Daud Minnosota ştatından dəfələrlə Suriyaya keçməyə cəhd edib. Lakin onlar hər dəfə hüquq-mühafizə işçiləri tərəfindən saxlanılıb.

Federal prokurorluq bu üç şəxsə qarşı Amerika xaricində qətl konspirasiyası ittihamı irəli sürüb. Günahkar tanınsalar onları ömürlük həbs cəzası gözləyir.

Müttəhimlər günahkar olduqlarını inkar edir.

Məhkəmə 3 həftə sürə bilər.

Minnesota ştatının Minneapolis şəhəri Somalı icmasının sıx yaşadığı bölgədir.

2007-ci ildən bəri bu şəhəri onlarla insan tərk edərək, Somali və son zamanlar isə Suriyadakı terrorçu qrupların sıralarına qoşulub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG