Accessibility links

Bazar ertəsi Somali paytaxtında, izdihamlı küçələrin birində, maşın partlayışı olub. Partlayış nəticəsində ən azı altı nəfər ölüb, dörd nəfər isə xəsarət alıb.

Rəsmilər tərəfindən verilən məlumata görə partlayış paytaxt Moqadişuda yerləşən Weheliye mehmanxanası yaxınlığında baş verib. Məlumata əsasən ölü sayı arta bilər.

Reuters bildir ki, partlayış nəticəsində yaxınlıqdakı evlərə ciddi zərər dəyib.

Bu hadisədən bir neçə saat öncə hərbi yoxlama məntəqəsi yaxınlığında daha bir partlayış baş vermişdi. Mikroavtobusun partlaması nəticəsində bir nəfər həlak olmuş, iki nəfər isə xəsarət almışdı.

Partlayışlara görə məsuliyyəti heç kəs üzərinə götürməyib.

Mərkəzi Somalinin Rabitə Naziri Ahmad Dubad partlayışı belə izah edir:

“Bu günahsız insanların ölümü ilə nəticələn güclü partlayış idi. Bir neçə saniyə içində ərazi ölü və yaralılarla dolu xaotik bir yerə çevrildi.”

Bu ərazilərdə olan mehmanxana və bazarlar mütəmadi olaraq Əl-Şəbab hərbi qruplaşması hədəfi altındadır.

XS
SM
MD
LG