Accessibility links

Somali paytaxtında güclü partlayış olub


Somalinin paytaxtında ən məşhur hotellərdən birinin qarşısında avtomobilə yerləşdirilmiş bombanın partlaması tələfata səbəb olub. Ölənlərin sayı barədə hələlik dəqiq məlumat verilmir.

Partlayış Moqadişu hava limanı yaxınlığındakı tez-tez parlament üzvlər, diplomatlar və xarici jurnalistlərin istifadə etdiyi Cəzirə Hotelini hədəf alıb.

Şahidlər Amerikanın Səsinə bildirib ki, partlayıcılarla dola avtomobil hotelin giriş qapısının önündə partladılıb.

Amerikanın Səsinin Somali Xidmətinin jurnalisti Əhməd Həsən Oladın sözlərinə görə, binanın bir tərəfi tamamilə dağılıb və insanların dağıntılar altında qaldığı ehtimal olunur.

Hazırda hadisə yerində xilasedicilər çalışır.

XS
SM
MD
LG