Accessibility links

Somali piratları Liberiya gəmisini qaçırıblar


Somali piratları Liberiya gəmisini qaçırıblar
Somali piratları Liberiya gəmisini qaçırıblar

Somali piratları növbəti gəmini qaçırıblar. Gəmi Liberiyaya məxsus 24 ekipaj üzvü olan yük gəmisidir. Avropa İttifaqının anti-pirat qüvvələri MV Renuar gəmisinə Hind Okeanında hücum ediblər. MV Renuar hücumdan yayınmağa çalışıb, lakin piratlar kiçik-çaplı silahlar və qumbaraatanlardan atəş açdıqdan sonra gəmini ələ keçiriblər. Avropa İttifaqına məxsus qüvvələr bildirir ki, gəmi Somalidən daha çox Hindistana yaxın nöqtədə qaçırılıb. Hadisə Somali sahillərindən 2,000 kilometr aralıda baş verib.

XS
SM
MD
LG