Accessibility links


Somali rəsmiləri Moqadişuda intiharçının avtomobilini Qətərdən gələn nümayəndə heyətinin üzvlərini daşıyan maşın karvanına vurması nəticəsində 8 somalilinin öldüyünü bildirib.

Polis qətərlilər arasında xəsarət olmadığını və nümayəndə heyətinin üzvlərinin mehmanxanaya yollandığını bildirib.

Hücuma görə məsuiyyəti Əl-Qaidə ilə əlaqəsi olan Əl-Şəbəb yaraqlı qrupu öz üzərinə götürüb. İki il bundan əvvəl Afrika və Somali hökumət qüvvələri tərəfindən Somalinin mərkəzi və cənub bölgələrindən çıxarılan Əl-Şəbəb yaraqlıları ara-sıra hücumları davam etdirir. Keçən ay yaraqlıların Moqadişuda Ali Məhkəmənin binasına hücumu zamanı 30-dan çox insan həyatını itirmişdi.

Somali hökumət qüvvələri keçən həftə təhlükəsizliklə bağlı hədələrələ əlaqədar paytaxtda küçələri bağlayıb, avtomobillərdə axtarış aparmışdı.
XS
SM
MD
LG