Accessibility links

Əl-Şəbəb qrupunun lideri öldürüldü


Pentaqonun sözçüsü Con Körbi
Pentaqonun sözçüsü Con Körbi

ABŞ rəsmiləri tıəsdiq ediblər ki, Somalidə həyata keçirilən hava zərbələri Əl-Şəbəb militant qrupun lideri Əhməd Əbdi Qodanın həyatına son qoyub.

Pentaqon sözçüsü, kontr-admiral Con Körbi verdiyi bəyanatda bildirib ki, ABŞ hərbi əməliyyatı Qodanın ölümü ilə nəticələnib.

Şahidlər ABŞ-a məxsus hərbi dronun Əl-Şəbəb liderlərinin Somalinin cənuibundakı yığıncağını hədəf aldığını xəbər veriblər.

Ağ Evin açıqlamasında Qodanın öldürülməsi Əl-Qaidanın Afrikadakı əməliyyatlarına ciddi zərbə kimi qiymətləndirilir. Administrasiya bunun “kəşfiyyat, həbçilər və hüquq mühafizə orqanlarının göstərdiyi səylərin məhsulu” olaraq dəyərləndirib.

Qodan 2008-ci ildən başlayaraq Əl-Şəbəbə rəhbərlik edirdi və ABŞ hökumətinin terroristlər siyahısına salınmışdı. Dövlət Departamenti onun axtarışına 7 milyon dollar mükafat təyin etmişdi.

XS
SM
MD
LG