Accessibility links

Moqadişuda intiharçının hücumu 4 nəfərin ölümülə nəticələnib


Somali paytaxtı Moqadişuda intiharçının hücumu nəticəsində dörd nəfərin öldüyü bildirilir.

Təhlükəsizlik naziri Məhəmməd Yusuf Osmanın Amerikanın Səsinə bildirdiyinə görə, təhlükəsizlik qüvvələri Moqadişu beynəlxalq hava limanı yaxınlığında Əl-Şəbəb militantlarının maşına yerləşdirdiyi bombanı partlatdığı Vaberi rayonunu mühasirəyə alıb.

O, hücum nəticəsində dörd nəfərin, o cümlədən, intiharçının da öldüyünü bildirib. Daha beş nəfərin hadisə nəticəsində xəsarət aldığı bildirilir.

Şəhər sakinləri partlayışın ardınca atəş açıldığı haqda məlumat veriblər.

Əl-Şəbəb qrupu hücuma görə məsuliyyəti öz üzərinə götürüb. İslamçı qrup son zamanlar Somali paytaxtında hücumları intensivləşdirib.

Keçən həftə Əl-Şəbəb komandiri İbrahim Filey və daha üç militanat ölkənin cənubunda yeləşən Kurtun Vaarey şəhərində Somali qüvvələri ilə toqquşma zamanı qətlə yetilib. Bundan öncə isə Somali rəsmiləri Əl-Şəbəb yaraqlılarının Moqadişudan 250 kilometr qərbdə yerləşən Baidoada hərbi yoxlama məntəqəsinə hücumu nəticəsində altı Somali əsgərinin öldürüldüyünü bildirib.

XS
SM
MD
LG