Accessibility links

Somali paytaxtı Moqaduşuda nahar vaxtı məşhur restoranın qarşısında maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində yeddi nəfər həyatını itirib.

Röyters xəbər agentliyi Əl-Şəbəb qrupunun sözçüsünə istinadən yaraqlı qrupun hücuma görə məsuliyyət daşıdığını bildirib. Somali paytaxtında prezident sarayının işçiləri arasında populyar olan Banoda restoranının hədəf alındığı bomba hücumu zamanı azı səkkiz adam yaralanıb.

Bu, Əl-Şəbəb qrupunun son günlər ərzində törətdiyi dördüncü hücumdur.

Bazar ertəsi Əl-Şəbəb ölkənin şimalında Qarove şəhərində yeddi adamın ölümü və səkkiz adamın yaralanması ilə nəticələnmiş hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü. Hücumun hədəfi BMT-nin Uşaq Fondunun qonaq evindən ofisə yollanan işçiləri olub.

XS
SM
MD
LG