Accessibility links

Somalinin prezidenti Məhəmməd Abdullahi Farmaco ölkədə fövqəladə vəziyyət elan edib. Afrika Buynuzunda yerləşən ölkə ciddi quraqlıq və qida böhranı ilə üzləşir.

Birləşmiş Millətlər Təşkilatı bildirir ki, Somalidəki böhran 6,2 milyon insana, yəni əhalinin yarısından çoxuna təhlükə yaradır. Quraqlıq ölkənin şimalında daha da çoxdur.

Arxa-arxaya yağışsız keçən mövsümlər səbəbilə bitkiçiliq və heyvandarlıq kəskin şəkildə azalıb.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, quraqlıq həmçinin xəstəliklərin yayılmasına da səbəb olur. Təşkilatın verdiyi məlumata görə, yanvar ayının əvvəlindən bəri artıq 6 min vəba, bunan əlavə isə 2 min 5 yüz şübhəli qızılca halı qeydə alınıb.

Birləşmiş Millətlər Təşkilatı 2017-ci ilin ilk yarısı üçün Somaliyə yardım məqsədilə 825 milyon dollar ianə toplayır. Ötən həftə BMT-nin yardım agentlikləri xəbərdarlıq edib ki, Somalidə fəlakətin qarşısını almaq üçün cəmi iki ay var.

2011-ci ildə ölkədə baş verən aclıq 260 min insanın ölümünə səbəb olub.

Somali, Cənubi Sudan, Keniya, Tanzaniya və Mozambik də daxil olmaqla quraqlıq və ərzaq çatışmazlığı ilə üzləşən bir neçə Şərqi Afrika ölkəsindən biridir.

XS
SM
MD
LG