Accessibility links

Somali hökuməti əvəllər əl-Şəbəbin nəzarətində olan yerlərdə fövqəladə vəziyyət elan edib

  • Amerikanın səsi

Somali hökuməti əvəllər əl-Şəbəbin nəzarətində olan yerlərdə fövqəladə vəziyyət elan edib

Somali hökuməti əvəllər əl-Şəbəbin nəzarətində olan yerlərdə fövqəladə vəziyyət elan edib

Somali hökuməti paytaxt Moqadişunun islamçı yaraqlıların qrupu olan əl-Şəbəbin əvvəllər nəzarət etdiyi bəzi yerlərində fövqəladə vəziyyət elan edib. Somali prezidenti Şeyx Şərif Şeyx Əhmədin verdiyi sərəncamda qrupun üzvlərinin Moqadişunun azad edilmiş yerlərinə getməsinin qadağan olduğu deyilir. Hökumət yerli hərbi komandirlərin Moqadişuda nəzarəti ələ keçirməyə çalışmasından ehtiyat edərək, əl-Şəbəbin əvvəllər nəzarətində olan yerlərdə hakimiyyətini bərqərar etmək istəyir. Əl-Şəbəb Moqadişudan öz qüvvələrini keçən həftə Somali hökuməti və Afrika Birliyi qüvvələrinin hücumundan sonra çəkmişdi. Hökumət paytaxta nəzarət etmək üçün Afrika Birliyi qüvvələrinə arxalanır. Afrika Birliyi Uqanda və Burundidən əlavə əsgər gətirərək, hazırda Somalidə 9 min nəfərdən ibarət əsgəri qüvvəsinin sayını artırıb.

XS
SM
MD
LG