Accessibility links

Somali hökuməti üsyançıların yardım işçilərinin aclıq hökm sürən regionlara getməsinə mane olmasını qınayıb

  • Amerikanın səsi

Somali hökuməti əl-Qaidə ilə əlaqəsi olan yaraqlıların beynəlxalq yardım işçilərini ölkəyə buraxmamaq qərarını pisləyib. Baş nazir Ədiveli Məhəmməd Əli bu gün açıqladığı bəyanatda həmçinin əl-Şəbəb qrupunun ərzaq axtaran insanların onların nəzarətində olan regionu tərk etməsinə imkan verməməsini də qınayıb. O, ərzaq yardımı və hökumətin yaraqlılara qarşı mübarizəsinə kömək məqsədilə beynəlxalq ictimaiyyətə müraciət edib. Afrika Birliyi əl-Şəbəb üsyançılarına qarşı mübarizə aparmaq üçün Somaliyə sülhməramlı qüvvələrin 8 min əsgərini göndərib. Keçən həftə BMT Somalinin Bakul və Şabel regionlarında aclıq olduğunu elan edərək, ölkə əhalisinin təxminən yarısının təcili ərzağa ehtiyacı olduğunu bildirmişdi. Ümumdünya Səhiyyə Təşkilatı Somalinin daha beş regionunun da aclıq təhlükəsi qarşısında olduğunu bildirir. Lakin əl-Şəbəb BMT-nin aclıq elan etməsini təbliğat adlandırır.

XS
SM
MD
LG