Accessibility links

Somalidə 22 girov azad edilib



Somalinin mərkəzində yerləşən Puntland regionunun rəsmiləri təxminən üç ildir girov saxlanan 22 girovun azad edildiyini bildirir. 22 nəfər dəniz quldurları tərəfindən girov götürülmüşdü.

Puntland regionunun hökuməti girovların 13 gün davam edən hücumdan sonra azad edildiyini bildirir.

Piratlar ələ keçirdikləri MV İceberg 1 gəmisində olub. Birləşmiş Ərəb Əmirliklərinə istiqamət götürən gəmi 2010-cu ildə Yəmən sahillərində ələ keçirilmişdi.

Rəsmilər dəniz quldurlarının üç ilə yaxın saxladığı insanlarda işgəncə əlamətləri aşkar edildiyini və onların səhhətinin zəiflədiyini bildiriblər. Keçmiş girovların ərzaq və tibbi yardımla təmin ediliyi deyilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG