Accessibility links

Somalinin paytaxtı Moqadişu şəhərində silahlı şəxslərin parlament binasına hücumu nəticəsində ən azı 8 nəfər həlak olub.

Hücumun məsuliyyətini Əl-Qaidəyə bağlı Əl-Şəbab qruplaşması öz üzərinə götürüb.

Hücum zamanı bəzi qanunvericilər parlament binasının içərisində olub. Parlament üzvləri Amerikanın Səsinə bildirib ki, azı 3 həmkarları yaralanıb.

Parlamentin Müdafiə Komitəsinin sədri Hüseyn Ərəb İssenin sözlərinə görə, ölkənin daxili təhlükəsizlik komitəsi parlamentin hücuma məruz qalacağı barədə vermişdi və təhlükəsizlik tədbirlərinin təcili gücləndirilməsini istəmişdi.

O deyib ki, nədənsə bu məlumat ciddi qəbul edilməyib.
XS
SM
MD
LG