Accessibility links

Azərbaycan Somaliyə 100 min dollar yardım ayırıb


Azərbaycan Somaliyə 100 min dollar yardım ayırıb

Azərbaycan Somaliyə 100 min dollar yardım ayırıb

Yardımın ayrılması ilə bağlı qərar ötən həftə Nazirlər Kabineti tərəfindən qəbul edilib. Yardım pul vəsaiti formasında ediləcək.

Azərbaycan hökuməti Somalidə yaranmış vəziyyətlə əlaqədar bu ölkəyə 100 min ABŞ dolları dəyərində humanitar yardım ayırıb.
Bu barədə APA agentliyi Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxova istinadən məlumat verib.
Yardımın ayrılması ilə bağlı qərar ötən həftə Nazirlər Kabineti tərəfindən qəbul edilib. Yardım pul vəsaiti formasında ediləcək.
Qeyd edək ki, Somalidəki aclıq nəticəsində son 3 ayda 29 mindən artıq uşaq həlak olub. Bölgədə yaranmış qida böhranı ilə əlaqədar olaraq bir sıra ölkələr yardım kampaniyalarına başlayıb.

XS
SM
MD
LG