Accessibility links

Somali yaraqlıları paytaxt Moqadişunu tam ələ keçirməyə çalışır


Döyüşlər zamanı 11 mülki vətəndaş həlak olub

Rəsmilərin sözlərinə görə, Somalinin paytaxtında hökumət qüvvələri ilə islamçı yaraqlılar arasında baş verən toqquşma zamanı 11 mülki vətəndaş həlak olub. Döyüşlər dünən Hizbul İslam qruplaşmasının yaraqlıları hökumət binalarına hücum edəndən sonra başlayıb. Ölənlər sayı barədə məlumatı Moqadişu Təcili Tibbi Yardım xidmətinin rəhbəri Əi Musa verib. Yaraqlılar BMT-nin dəstəklədiyi keçid hökumətinin nəzarətində olan Moqadişunun son bir neçə ərazisini də ələ keçirməyə çalışırlar. Hökumət Afrika Birliyi sülhməramlılarının köməyi ilə hava və dəniz limanı, o cümlədən president sarayını öz nəzarətində saxlayır.

XS
SM
MD
LG