Accessibility links

Somalidə girov götürülən mehmanxana terrorçulardan azad edilib


Somali rəsmilərinin bildirdiyinə görə, Moqadişuda terrorçuların ələ keçirdiyi otelin girovluğu sona çatsa da, hökumət naziri də daxil olmaqla, ən azı 20 nəfərin ölümünün qarşısını almaq mümkün olmayıb.

Hücumun məsuliyyətini öz üzərinə götürən Əl-Şəbab yaraqlı qruplaşmasının hokumət üzvlərinin vaxtaşırı otelin qonağı olduğunu bildirib.

Somali xarici işlər naziri bildirib ki, ölənlər arasında ekologiya naziri Buri Məhəmməd Həmzə də olub.

Somali Milli Xəbər Agentliyinin məlumatına görə, radio stansiyasının 3 əməkdaşı da daxil olmaqla 20 nəfər həlak olub.

Polis deyir ki, terrorçular binaya basqın etməmişdən öncə Naso-Hablod otelinin qarşısında avtomobili partladıblar. Bina daxil olandan sonra isə onlar qarşılarına çıxan hər kəs ya atəş açıblar, ya da onları girov götürüblər. Binaya daxil olan polislə terrorçular arasında silahlı qarşıdurma yaşanıb. Polis onları sonuncu mərtəbəyədək təqib edib.

Prezident Həsən Şeyx Mohamud hücumu sərt qınayaraq bunun müqəddəs Ramazan ayında Əl-Şəbabın həyata keçirdiyi ikinci qanlı hücum olduğunu bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG