Accessibility links

Son aylar Vaşingtonda Türkiyənin Qərbdən asılılığı məsələsi müzakirələr mövzusuna çevrilib


Son aylar Vaşingtonda Türkiyənin Qərbdən asılılığı məsələsi müzakirələr mövzusuna çevrilib

Son aylar Vaşingtonda Türkiyənin Qərbdən asılılığı məsələsi müzakirələr mövzusuna çevrilib

Amerikanın Avropa və Avrasiya məsələləri üzrə nümayəndəsi, dövlət katibinin yardımçısı Fillip Gordon Türkiyənin NATO, Avropa Birliyi və Amerikadan asılı olduğunu deyərək, Türkiyənin bu asılılığı göstərməli olduğunu deyib.

Amerikanın Avropa və Avrasiya məsələləri üzrə nümayəndəsi, dövlət katibinin yardımçısı Fillip Gordon Türkiyənin NATO, Avropa Birliyi və Amerikadan asılı olduğunu deyərək, Türkiyənin bu asılılığı göstərməli olduğunu deyib. Brukinqs İnstitutunun Türkiyə proqramının direktoru Ömər Taşpınar hesab edir ki, yüksək səviyyəli Amerika rəsmisinin belə bir bəyanatı vəziyyətin ciddiliyinə dəlalət edir.

Vaşiqntondakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin diretoru Bülent Əlirza da eyni fikirləri bölüşür.Onun dediyinə görə,cənab Gordonun dedikləri atmosferin tamamilə dəyişdiyini göstərir. Bülent Əlirza Ağ Evlə Dövlət Departamentinin mövqeyinin yaxınıaşdığını və bunun ABŞ-la Türkiyənin gələcək münasibətlərini çətinləşdiriəcəyini bildirib.

İtaliyanın Corrira Della Serra qəzetinə müsahibə verən ABŞ dövlət başçısı Barak Obama da Türkiyənin istiqamətini dəyişdirdiyinə dair işarələr olduğunu və bunun yeganə qaynağının Avropa Birlyinin mövqeyi olmadığını bildirib.

Bu vəziyyətin yaranmasına iki əsas səbəb var. Türkiyənin İranın nüvə proqramına dair mövqeyi və İsraillə yaxınlığı. BMT-nin Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaların tətbiqinəTürkiyənin rədd cavabı Amerikada kəskin reaksiyalarla qarşılanmışdı.

Mavi Marmara hücumu və 9 türkün öldürülməsi münasibətlərin kəsilməsi nöqtəsinə çatdırıb. Türkiyənin şikayətlərinə Vaşinqton məhəl qoymayıb.

Türkiyə üzrə hər iki mütəxəssis, Ömər Taşpınar və Bülünt Əlirza bütün bu problemlərin ABŞ Konqresinin Türkiyə ilə bağlı qərarlarına təsir göstərəcəyini deyir.

XS
SM
MD
LG