Accessibility links

Son zamanlar Pakistanda intiharçı hücumları artıb

  • Nərminə Cəlalqızı

Son zamanlar Pakistanda intiharçı hücumları artıb

Son zamanlar Pakistanda intiharçı hücumları artıb

Dünən də iki intiharçının həyata keçirdiyi bomba hücumları 41 nəfərin ölümünə səbəb olmuşdu

Pakistan polisinin bugünkü məlumatında deyilir ki, ölkənin şimal-qərbində intihatçının maşında həyata keçirdiyi bomba hücumu bir uşaq da daxil edilməklə, 7 nəfərin ölümünə, 26 nəfərin yaralanmasına səbəb olub. Polis Kohat regionunda 200 kq –a qədər partlayıcı maddədən istifadə edildiyini bildirib. Bu, son iki gün ərzində regionda həyata keçirilən ikinci hücumdur. Dünən də iki intiharçının qaçqınlar düşərgəsində həyata keçirdiyi bomba hücumu 41 nəfərin ölümü, 60-dan çoxunun yaralanmasına səbəb olmuşdu. Polis bombaların bir neçə dəqiqə ara verməklə, Kaça Pukka qaçqın düşərgəsində yardım üçün növbəyə duran insanların yanında partladıldığını deyib.

XS
SM
MD
LG