Accessibility links

İsraillilərlə fələstinlilər arasında zorakılığın artdığı bir vaxt 3 ayrı insident zamanı israilliyə hücum etməyə çalışan 3 fələstinli güllə ilə vurularaq öldürülüb. Bu barədə məlumatı İsrail rəsmiləri verib.

İlk hücum İordan Çayının Qərb Sahilindəki Hebron şəhərində olub. Polis bildirib ki, fələstinli bir nəfər şəhərin israilli sakinini bıçaqlamağa çalışarkən israilli atəş açaraq 18 yaşlı fələstinlini yaralayıb. Bir qədər sonra fələstinlinin öldüyü bildirilib.

İsrail rəsmilərinin məlumatına görə, ikinci hücum zamanı mətbəx bıçağı ilə silahlanmış 16 yaşlı fələstinli Şərqi Qüdsdəki yoxlanış məntəqəsində İsrail polisinə hücuma cəhd edərkən güllə ilə vurulub.

Üçüncü hücum zamanı isə bir qadın öldürülüb. Polisin məlumatına görə, o, Hebron şəhəri yaxınlığında sərhəd polisini bıçaqlayandan sonra güllələnib.

Özünü jurnalist kimi qələmə verən fələstinli bir kişi İordan çayının qərb sahilindəki Kiryat Arba yaşayış massivində israilli əsgəri bıçaqla yaralayandan sonra güllə ilə vurularaq öldürülüb.

Bıçaq zərbələri nümayişçilərin İsrail əsgərlərini daşa basması ilə müşayiət olunub.

Həmin şəxs əynində PRESS yazılan köynək olub və buna görə ona əsgərlərə yaxınlaşmağa icazə verilib. İnternetə yerləşdirilən fotolardan görmək olur ki, o, əlində bıçaq əsgərlərə hücum edir və daha sonra öldürülür.

XS
SM
MD
LG