Accessibility links

Sony şirkəti 10000 işçisini ixtisara salır


Böyük maliyyə itkiləri ilə üzləşən Sony korporasiyası bildirib ki, şirkət 10000 iş yerini - dünyaboyu işçilərinin 6 faizini ixtisara salacaq. Bundan başqa Sony şirkəti qarşıdakı 2 il ərzində televizor satışında itirdiyi pulu geri qazanmağa ümid edir.

Şirkətin yeni icraçı direktoru və prezidenti Kazuo Hirai mətbuat konfransında yeni biznes strategiyasını açıqlayıb. O, elektronika və əyləncə şirkətini inkişaf etdirməyə söz verib. O, bunun üçün ağrılı qərar veriləcəyini və çətin seçimlər ediləcəyini bildirib.

Hirai bu yaxınlarda Sony şirkətində direktor vəzifəsinə təyin edilib. O, uzun müddət ABŞ-da CBS telekanalında rəhbər vəzifədə çalışan Hovart Strinqeri əvəz edib. Sony illik itkilərinin keçən il iki dəfə çoxaldığını və gəlirlərin 6.4 milyard dollara düşdüyünü bildirib. Bu, şirkətin tarixi ərzində ən pis göstəricidir.

XS
SM
MD
LG