Accessibility links

Aktyor Ceyms Qandolfininin cəsədi üzərində tibbi ekspertiza keçiriləcək


“Sopranolar” teleserialında emosional və həssas cinayətkar qrupun başçısı rolunun ifaçısı Qandolfini cümə axşamı 51 yaşında Romada vəfat edib. İtaliyada həkimlər Hollivud aktyoru Ceyms Qandolfinin cəsədi üzərində autops tibbi ekspertiza keçirəcək.

Həkimlər onun infarktdan vəfat etdiyini ehtimal edir. Hadisə Qandolfini 13 yaşlı oğlu ilə tətildə ikən baş verib və oğlu atasının halının xarab olduğunu gördükdə köməyə çağırıb.

“Sopranolar” serialında gizli psixiatrik müalicə alan mafioz Toni Soprano roluna görə Ceyms Qandolfini 3 dəfə Emmy mükafatına layiq görülüb.

Yaşadığı Nyu-Cersidə aktyorlyuqla məşğul olan Ceyms Qandolfinin Brodvey karyerası 1992-ci ildə, yazıçı Tennisi Villiamsın "A Streetcar Named Desire" - "Arzular Tramvayı" əsərində oynamasından sonra başlayıb.

1993-cü ildə isə o, "True Romance" - "Əsl Məhəbbət" filmində qatil rolunu ifa edib. Bundan sonra Qandolfini aktyor Robert Redfordla "The Last Castle" - "Sonuncu Qəsr", aktyor Şon Penlə isə "All the King's Men" - "Kral Nəsli" filmində çəkilməklə daha da məşhurlaşıb.
XS
SM
MD
LG