Accessibility links

Amerikalılar hesab edir ki, mühacirət prezident Tramp və Konqresin önəm verməli olduğu bir məsələdir.

CBS News-un keçirdiyi sorğuların nəticəsinə görə, amerikalıların 50 faizi mühacirətə ümdə bir məsələ olduğunu bildirib.

İqtisadiyyat və iş problemləri isə ikinci planda yer alıb. Respondentlərin yalnız 13 faizi bu məsələlərə diqqət yetirilməli olduğunu düşünür. Rəyi soruşulanların 11 faizini isə ən mühüm məsələ kimi səahiyyə maraqlandırıb.

Sorğuların nəticəsinə görə, insanların çoxu ölkəyə daxil olan xaricilərin Amerika üçün hədə olmadığından əmin olmaq istəyir. Hər 4 respublikaçıdan 3-ü məsələyə lazımi diqqət verilmədiyini bildirib.

Təhlükəsizlik risklərinə baxmayaraq hər 10 amerikalıdan 6-sı qanunsuz mühacirlərə ABŞ-da yaşayış icazəsi verilməli, 33 faiz isə onların deporatsiya edilməli olduğunu düşünür.

Respublikaçıların 43 faizi deportasiya, demokratların 79 faizi isə vətəndaşlıq yolunda mühacirlərə sığınacaq verilməsinin tərəfdarı olduqlarını bildirib.

Respondentlərin 20 faizi hesab edir ki, qanunsuz mühacirlər ABŞ vətəndaşlarında daha çox cinayətə əl atır. Republikaçıların 32, demokratların isə 9 faizi belə düşünür.

Sorğu amerikalıların 58 faizinin Mekksika divarının əleyhinə, 39 faizinin isə lehinə olduunu müəyyən edib. Respublikaçıların 77, demokratların isə 11 faizi divarın inşasına dəstək verib.

XS
SM
MD
LG