Accessibility links

Sosial şəbəkənin işə təsiri


Sosial şəbəkənin işə təsiri
Sosial şəbəkənin işə təsiri

İş yeriniz barədə sosial şəbəkə veb səhifəsində xoşagəlməz fikirlər yazarkən ehtiyatlı olmaq lazımdır

Təsəvvür edin ki, iş yoldaşlarınız haqda Facebook-da xoşagəlməz bir fikir yazırsınız. Sonra xəbər tutursunuz ki, sizin yazdıqlarınızı müdürünüz aşkar edib.

Belə bir hadisə Nyu York ştatından olan bir qadının başına gəlib. Biz onu Meri adlandıracayıq. Meri rabitə mərkəzində işləyirdi. Meri ofisi və iş yoldaşları barədə sosial şəbəkə veb səhifəsində xoşagəlməz fikirlər yazır.

Merinin müdürü onu bir neçə gün sonra işdən azad edir. Haidsədən sonra şirkət sosial media prosedurasını izah edən qeyd yayımlayır. Bu prosedura şirkətin adına təhqiramiz yanaşma və ya internetdə şirkətə qarşı hörmətsiz fikirlər bildirməyi qadağan edir. Lakin Merinin sözlərinə görə o, yazısında şirkətin və ya işçilərin adlarını hallandırmayıb. O deyir ki, onun işdən azad edilməsi ədalətsizdir.

Sosial şəbəkə üzrə mütəxəssis və müəllif Debbi Veil internetdə yazarkən insanların diqqətli olmalarını vurğulayıb.

Debbi Veil `The Corporate Blogging` kitabının müəllifidir.

O deyir ki, sosial mediya prosedurasının bir hissəsi internetdən düzgün istifadə etməyə dair insanları məlumatlandırmaqdan ibarətdir.

Debbi VeilI: `Bildiyiniz kimi Facebook-un miliyonlarla fərqli şəxsi funksiyaları var, və əgər siz nə etdiyinizi bilmirsinizsə və ya diqqətli deyilsinizsə, mümkündür ki, sizin dostunuzun dostunun dostu sizin işlədiyiniz şirkət barədə dediyiniz və ya yazdığınız xoşagəlməz fikiri aşkar etsin.`

Şimali Koralina universitetində idman şöbəsi idmançılardan birinin Halovin bayramında çəkdirdiyi şəkillərin mübahisəli olduğu qərarına gəlir. Universitet sonradan idmançının istifadə etdiyi sosial şəbəkə saytına diqqət yetirməyə başlayır. Şimali Koralina universitetinin futbol komandasınınTvitterdən istifadə etməyi qadağan edilir.

Sosial şəbəkənin işə təsiri
Sosial şəbəkənin işə təsiri

Şaniqua Marlov Şimali Koralina universitetinin tələbəsidir: `Bu düzgün deyil ki, bir oyunçu və ya bir komanda bu qaydalara riayyət etməlidir, başqa oyunçu və ya komanda etməməlidir. Mənə elə gəlir ki, bütün idman komandaları eyni qaydaya əməl etməlidirlər.`

Marsele Moşer Şimali Koralina universitetinin başqa bir tələbəsidir: `Mənə elə gəlir ki məhdudiyyət və ya nəzarət olmalıdır. Amma düşünmürəm ki, Tvitterdən istifadə tam qadağan olunmalıdır, ona görə ki, bu fikir azadlığı kimi bir məsələdir.`

Debbi Veil deyir ki, bütün şirkətlər asan başa düşülə bilən sosial media prosedurlarını həyata keçirməlidirlər. Sosial şəbəkədən istifadə edən fərdlər isə kimliklərinin məxviləşdirməməlidirlər.

Sosial media xəbər veb səhifəsinə istinadən dünya şirkətlərinin cəmi 20 faizi sosial media proseduraları həyata keçirirlər.

Sosial media proseduraları olan şirkətlərin əksəriyyəti bunun nəticəli olduğunu vurğulayırlar. Şirkətlərin dörd faizi isə sosial media fəaliyyətinin onların reputasiyalarının ləkələndiyinə səbəb olduğunu bildiriblər.

Sosial Şəbəkənin işə təsiri:

XS
SM
MD
LG