Accessibility links

Ekologiya Nazirliyi: Qanunsuz ova cəhd edən ərəblər saxlanılıb


Azərbaycanda qanunsuz ova cəhd edən ərəblər saxlanılıb

Azərbaycanda qanunsuz ova cəhd edən ərəblər saxlanılıb

Onların ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət məktubu göndərilib.

Ağgöl Milli Parkının ərazisində 2 nəfər xarici ölkə vətəndaşı qanunsuz ova cəhd edən zaman parkın əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatına görə, İraq vətəndaşı Saif Jamal Nadhim və Jalil Hamid Bares saxlanılıb. Onlardan 10 ədəd diri göyərçin, 5 ədəd qızıl quş tutmaq üçün cələ, 1 ədəd qızıl quş ovlamaq üçün tələ, 1 ədəd qızıl quş üçün papaq, 2 ədəd yataq döşəyi, 2 ədəd qaz balonu və yemək ləvazimatları aşkar edilərək götürülüb. Qanunsuz ov alətləri müsadirə olunaraq qanun pozucuları İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, hər biri 2000 manat olmaqla, 4000 manat məbləğində cərimə ediliblər.

Məlumatda həmçinin deyilir ki, onların ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət məktubu göndərilib.

XS
SM
MD
LG