Accessibility links

AMEA-nın Mərkəzi Nəbatat Bağında ağac kəsilməsi ilə bağlı cinayət işi açılıb


AMEA-nın Mərkəzi Nəbatat Bağı

AMEA-nın Mərkəzi Nəbatat Bağı

Prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin iclasında ağacların qanunsuz qırılması və çıxarılması hallarını kəskin tənqid edib

AMEA-nın Mərkəzi Nəbatat Bağında ağac kəsilməsi ilə bağlı cinayət işi açılıb.

Səbail Rayon Polis İdarəsindən (RPİ)APA-ya verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentinin Səbail RPİ-yə ünvanlanmış müraciətinə əsasən, 5 aprel 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatət Bağında 0.30 hektar ərazidə köküstü yaş halda 40 ədəd 4-7 illik həmişəyaşıl Eldar şamı və Sərv növündə ağacların qanunsuz kəsilməsi, habelə kökündən çıxarılaraq məhv edilməsi faktı aşkar edilib. Ağacların məhv edilməsi nəticəsində dövlətə 360 manat ziyan dəyib.

Faktla bağlı Səbail RPİ-də Cinayət Məcəlləsinin 259.1 (qanunsuz ağac kəsmə, meşələrdə və ya qoruqlarda ağacların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ağacların qanunsuz qırılması və çıxarılması hallarını kəskin tənqid edib.

Prezident qeyd edib ki, nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər: “Vəziyyət əvvəlki illərə nisbətən daha müsbətdir, ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu vicdansızlıqdır, bu biabırçılıqdır, bu cinayətdir”.
XS
SM
MD
LG