Accessibility links

Məktəbli formasını baha satan vəzifəli şəxslər barədə cinayət işi açılıb


Məktəbli formalarını baha satan Abşeron Rayon Təhsil Şöbəsinin vəzifəli şəxsləri barədə cinayət işi açılıb

Məktəbli formalarını baha satan Abşeron Rayon Təhsil Şöbəsinin vəzifəli şəxsləri barədə cinayət işi açılıb

Abşeron Rayon Təhsil Şöbəsinin vəzifəli şəxsləri 20 manata alınmış məktəbli geyimini 40 manata satmaqda şübhəli bilinir

Abşeron Rayon Təhsil Şöbəsinin vəzifəli şəxsləri 20 manata alınmış məktəbli geyim formalarının 40 manata satışını təşkil etməkdə şübhəli bilinirlər.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə Abşeron Rayon Təhsil Şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı Rayon Təhsil Şöbəsinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib məktəb direktorlarına qanunsuz göstərişlər verərək rayonda fəaliyyət göstərən orta məktəblərdə 20 manata alınmış məktəbli geyim formalarının 40 manata satışını təşkil etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

XS
SM
MD
LG