Accessibility links

Bakı Amerika Mərkəzi yenidən açılıb


ABŞ və Azərbaycan bayrağı
ABŞ və Azərbaycan bayrağı

Mərkəzdə ingilis dilinin tədrisi, ABŞ-da təhsil imkanları, Amerika mədəniyyəti və tarixi haqqında mühazirələr təklif edilir

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi əməkdaşlıq etdiyi Azərbaycan Dillər Universiteti ilə birgə Bakı Amerika Mərkəzinin (BAM) əsaslı təmirdən sonra sentyabrın 16-da açılış mərasimini keçirib.

Yeni simaya malik və Uşaqlar üçün yeni yaradılmış guşədə ingilis dilinin tədrisi, ABŞ-da təhsil imkanları, Birləşmiş Ştatların mədəniyyəti və tarixi haqqında mühazirələr daxil olmaqla geniş çeşidli proqram və xidmətləri təklif edəcəkdir.

Azərbaycan Dillər Universitetinin (ADU) Rektoru Səməd Seyidov, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya regionunda İctimaiyyətlə Əlaqələr Şöbə Direktorunun birinci müavini cənab Rafik Mansur və ABŞ-ın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan açılışda iştirak edib.

Amerika Mərkəzi Bakıda ilk dəfə 2004-cü ildə açılıb və 2007-ci ildən ADU-da yerləşir. Amerika Mərkəzi ingilis dilini öyrənmək və Amerika haqqında məlumat əldə etmək istəyənlərin əsas maraq yeridir.

Mərkəzdə ingilis dilini öyrənənlər, Birləşmiş Ştatlarda təhsil imkanları haqqında məlumatı əldə etmək istəyən tələbələr üçün resurslarla zəngin olan, həmçinin ABŞ cəmiyyəti və mədəniyyəti haqqında kitab və dövrü nəşrlərdən ibarət olan Amerika kitabxanası mövcuddur.

Mərkəzdə internetə pulsuz çıxışla bərabər EBSCO və J-STOR kimi tədqiqat məlumat bazalarına təmənnasız çıxış təklif olunur.

Bakı Amerika Mərkəzi dünyanın müxtəlif yerində yerləşən 700-dən çox Amerika Mərkəzindən biridir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG