Accessibility links

MTN İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısını alıb


Narkotik

Narkotik

Əməliyyat-axtarış tədbirləri nəticəsində 14 nəfər şübhəli şəxs qismində tutulub

Milli Təhlükəsizlik Nazirliyi (MTN) İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısını alıb.

Nazirliyin İctimai Əlaqələr Mərkəzindən məlumatına görə, MTN tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 33 kiloqramdan artıq narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə qanunsuz daşınmasının qarşısı alınıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 14 nəfər şübhəli şəxs qismində tutulub.

Keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda külli miqdarda narkotik vasitə olan - 3 kiloqram 600 qram heroin, 21 kiloqram 800 qramdan artıq tiryək, 1 kiloqram 390 qram həşiş qətranı, 6 kiloqram 300 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə maddələri ilə cinayət işləri başlanıb.

XS
SM
MD
LG