Accessibility links

BMT İnkişaf Proqramının rəhbəri Azərbaycanda səfərdədir


BMT-nin binası

BMT-nin binası

Helen Klark IV Bakı Beynəlxalq Humanitar Foruma qatılacaq

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klarkın Azərbaycana səfəri başlayıb.

Səfərin məqsədi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan və BMTİP arasında innovativ tərəfdaşlığın yeni imkanlarının tədqiq edilməsidir.

Helen Klark 2-3 oktyabrda keçiriləcək IV Bakı Beynəlxalq Humanitar Foruma qatılacaq və tədbirin açılış mərasimində çıxış edəcək.

O, hökumət rəsmiləri, qadın siyasətçilər, ölkədə akreditə olunmuş diplomatik nümayəndəliklərlə görüşəcək.

BMTİP rəhbəri həmçinin Sumqayıt şəhərinə gedəcək. O, BMTİP və Norveç hökumətinin birgə layihəsi çərçivəsində yaradılan SYSLAB Mərkəzi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılan ASAN Xidmətlə tanış olacaq.

Helen Klark 2009-cu ilin aprelində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri təyin olunub və təşkilatın ilk qadın rəhbəridir. O, həmçinin inkişaf məsələləri ilə məşğul olan bütün BMT fond, proqram və departament rəhbərlərinin daxil olduğu Birləşmiş Millətlər Təşkilatı İnkişaf Qrupunun sədridir.

XS
SM
MD
LG