Accessibility links

Bakı-Qazax yolunda qəza olub, ölən və yaralananlar var


Bakı-Qazax avtomagistral yolunda qəza

Bakı-Qazax avtomagistral yolunda qəza

2 nəfər ölüb, 7 nəfərin vəziyyəti ağırdır.

Bakı-Qazax avtomagistralının Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

KƏPƏZ TV-nin məlumatına görə Bakıdan Gürcüstana gedən sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan yük avtomobilinə çırpılıb. Zərbənin təsirindən sərnişin avtobusu yanıb.

Nəticədə avtobusda olan 40-a yaxın sərnişin ağır xəsarətlər alıb. İlkin məlumatlara görə, xəsarət alanlar arasında ölənlər var.

Öz növbəsində Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə isə hadisə zamanı 2 nəfər ölüb, 20 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan 7 nəfərin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

XS
SM
MD
LG