Accessibility links

Xəzərin Qazaxıstan sektorunda qanunsuz balıq ovuna görə 4 Azərbaycan vətəndaşı saxlanılıb


Xəzərin Qazaxıstan sektorunda 4 azərbaycanlı saxlanıb

Xəzərin Qazaxıstan sektorunda 4 azərbaycanlı saxlanıb

Əməliyyat zamanı üç üzmə vasitəsi və nərəkimilər cinsindən 71 balıq götürülüb:

Dörd Azərbaycan və bir Qazaxıstan vətəndaşı Xəzər dənizi akvatoriyasında qanunsuz balıq ovuna görə saxlanılıb.

Trend-in Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə istinadən yaydığı xəbərə görə, əməliyyat zamanı üç üzmə vasitəsi və nərəkimilər cinsindən 71 balıq götürülüb:

«Birinci halda dövlət sərhədinin pozulması haqqında məlumat daxil olanda naryad dörd Azərbaycan vətəndaşını saxlayıb. Qazaxıstanın Sahil Mühafizəsi Regional İdarəsinin sərhədçiləri «Bayda» tipli üçmühərrikli kiçik «Yamaxa-200» üzmə vasitəsi götürüblər».

İstirahət günləri brakonyerliyə qarşı tədbirlər zamanı sərhədçilər qaçaqmalçılıqla bağlı bir neçə hadisənin qarşısını alıblar.

XS
SM
MD
LG