Accessibility links

Olimpiya Stadionunda işləyən fəhlələr əmək haqqlarının verilməməsinə etiraz edib


Olimpiya Stadionunda işləyən fəhlələr etiraz edir (Fotonu Mirvari Qəhrəmanlı təqdim edib)

Olimpiya Stadionunda işləyən fəhlələr etiraz edir (Fotonu Mirvari Qəhrəmanlı təqdim edib)

Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı Amerikanın Səsinə bildirib

Bu gün səhər saatlarında Bakı Olimpiya stadionunun tikintisində iştirak edən fəhlələr etiraza başlayıb.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı Amerikanın Səsinə bildirib ki, etiraza səbəb stadionun tikintisində iştirak edən podaratçı şirkətin "OKR Mühendislik İnşaat Taahhüt Elektrik Enerji Makine Sanayi Ticaret Limited Şirketi" Azərbaycandakı filialının işçilərinə əmək haqqı verilmәmәsidir.

“Şirkәt hal-hazırda yeni tikilәn Bakı Olimpiya stadionunda fәaliyyәt göstәrir. Müdiriyyət isə işçiləri işdən qovmaqla hədələyir,” Qəhrəmanlı qeyd edir.

Komitə sədri vurğulayıb ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə görə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1% məbləğində ödənc verilməlidir.

Qəhramanlının sözlərinə görə fəhlələr maaşların miqdarından şikayətlənmirlər, sadəcə əmək haqqlarının gecikdirilməsinə etiraz edirlər.

Onun sözlərinə görə şirkət rəhbərliyi əmək haqlarını oktyabrın 15-də ödəyəcəyinə söz verib və bununla da aksiya sona yetib.

XS
SM
MD
LG