Accessibility links

AZAL təyyarələrində tütün məmulatlarından istifadəyə qadağa qoyub


AZAL 2014-cü ildən Amerikaya birbaşa uçuşlar planlaşdırır

AZAL 2014-cü ildən Amerikaya birbaşa uçuşlar planlaşdırır

Məlumata görə həmçinin elektron siqaret qurğularının qeydiyyata alınmış baqajda daşınmasına yol verilmir

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin bütün aviareyslərində siqaret, qəlyan, siqar və elektron siqaret qurğularından istifadə qadağan edilib.

AZAL-ın verdiyi məlumata görə, həmçinin elektron siqaret qurğularının qeydiyyata alınmış baqajda daşınmasına yol verilmir. Belə qurğuların sərnişinin əl çantasında daşınması tələb olunur.

Həmçinin bütün hallarda litium-metal batareyaların (UN 3090) AZAL-ın təyyarələri ilə yük və ya baqaj kimi daşınması qadağan edilib. Litium-metal batareyalar (bir dəfə istifadə olunan (enerji toplamayan) batareyalar) xüsusi avadanlığın daxilində və ya avadanlıqla birlikdə daşınan zaman (UN 3091) IATA-nın təhlükəli yüklərin daşınması qaydalarına uyğun olaraq daşınmaya hazırlanmalıdır.

XS
SM
MD
LG