Accessibility links

Azərbaycanda Coca-Cola məhsullarının qiyməti artır


 Coca-Cola
Coca-Cola

"Azərbaycan Coca-Cola Bottlers MMC" istehsal etdiyi bəzi məhsulların qiymətini qaldırıb.

Bu siyahıya «Cappy», «Fuse tea», «Burn» və «Bonaqua» məhsulları daxildir.

Şirkətin məlumatında deyilir ki, qiymət artımı ilə bağlı qərar yanvarın 24-dən qüvvəyə minəcək.

Yanvarın 12-də Azərbaycanda yanacağın qiyməti qaldırılıb. Bəzi iqtisadçılar bu artımın digər məhsullarda da müşahidə olunacağını bildirirdilər.

«Coca-Cola» Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir.

Bahalanacaq məhsulların geniş siyahısı:

- 0,5 lt plastik qabda qablaşdırılan "Cappy" içkisinin tövsiyyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə

- 0,5 lt plastik qabda qablaşdırılan "Fuse tea" içkisinin tövsiyyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə

- 0,5 lt plastik qabda qablaşdırılan "Burn" içkisinin tövsiyyə olunan satış qiyməti 1 manat 90 qəpikdən 2 manat 10 qəpiyə

- 0,5 lt plastik qabda qablaşdırılan "Bonaqua" (qazlı və qazsız) içkisinin tövsiyyə olunan satış qiyməti 20 qəpikdən 25 qəpiyə

- 2 lt plastik qabda qablaşdırılan "Bonaqua" (qazlı və qazsız) içkisinin tövsiyyə olunan satış qiyməti 50 qəpikdən 60 qəpiyə

- 5 lt plastik qabda qablaşdırılan "Bonaqua" (qazsız) içkisinin tövsiyyə olunan satış qiyməti 1 manat 10 qəpikdən 1 manat 30 qəpiyə artırılacaq.

XS
SM
MD
LG