Accessibility links

Azər Mehdiyev: Azadlıqlar təmin edilmədən iqtisadi inkişaf mümkün deyil [Video-Müsahibə]


İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev Amerikanın Səsinə müsahibəsində neftin qiymətinin aşağı düşməsinin ölkəyə sosial-iqtisadi təsirləri və vəziyyətdən çıxış yollraından danışıb.

Amerikanın Səsi: Fikrinizcə neftin qiymətinin aşağı düşməsi ölkədə qeyri-neft iqtisadiyyatının zəif olmasını sübut edibmi?

Azər Mehdiyev: Dünya bazarında neftin qiymətinin bu sürətlə düşməsini ölkələrin əksəriyyəti gözləyirdi. Ancaq Azərbaycana zaman-zaman neft gəlirləri daxil olandan üzü bəri həm beynəlxalq təşkilatlar, həm də yerli ekspertlər dəfələrlə bəyan edib ki, neft gəlirlərinin sürətlə gəlməsinin qorxusu ondan ibarətdir ki, hökumət gəlirlərə arxayınlaşır və bir çox hallarda özünün bütün problemlərini neft gəlirləri hesabına həll etməyə çaslışır. Bu qeyri-neft sektorunun inkişafının yaddan çıxmasına gətirib çıxarır.

Əslinə qalsa, normal şəraitdə iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafı üçün ölkədə azad sahibkarlığın inkişafı, rəqabət mühitinin formalaşması vacibdir.

Azərbaycanda qeyri-neft sektorunun inkişafı əslində yaddan çıxmayıb. Diqqət yetiririsinizsə 2009-cu ildən üzü bəri bütün müşavirələrdə, siyasi proseslərdə bu barədə danışılır. Ayrı-ayrı proqramların guya qəbul olunması barədə danışılır, proqramlar qəbul olunur. Lakin, faktiki işə gələndə, qeyri-neft sektorunun inkişafına gələndə, burada ən böyük problem ondan ibarətdir ki, hökumətin qeyri-neft sektorunun inkişafı haqqında baxışları çox fərqlidir. Əslinə qalsa, normal şəraitdə iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafı üçün ölkədə azad sahibkarlığın inkişafı, rəqabət mühitinin formalaşması vacibdir. Həm də qeyri-neft sektorunu daha çox sahibkarların ixtiyarına buraxmaq lazımdır.

Azərbaycan hökuməti isə qeyri-neft sektounun inkişafını məhz hökumətin özü tərəfindən ya ayrı-ayrı şirkətlərin yaradılması formasında, yaxud da hökumətə yaxın bir qrup oliqarx tərəfindən həyata keçirilməsinə çalışır. Bu isə Azərbaycanda inhisarçılığı gücləndirir. Təbii ki, son nəticədə qeyri-neft sektorunun inkişafına deyil, ayrı-ayrı müəssisələrin yaranmasına və onların öz inhisarçı mövqeyindən istifadə edərək məhsulun satışına cəhd göstərməsinə əsaslanır. Neftin qiymətinin aşağı düşdüyü kəskin bir şərait bir daha göstərdi ki, qeyri-neft sektorunun inkişafı ölkədə geniş miqyaslı azad sahibkarlığın inkişafından keçməlidir.

Amerikanın Səsi: Nazirlər Kabinetinin iclasında ölkə prezidenti 2015-ci ili sınaq dövrü adlandırdı. Bununla yanaşı sınaqdan çıxmaq üçün hökumətin proqramı təqdim edilmədi. Sizcə hökumət sınaqdan çıxmaq üçün nə etməlidir?

Azər Mehdiyev: 2015-ci il sınaq ili elan olunmazdan əvvəl, bu ilə qədər olan dövrdə qeyri-neft sektorunun inkişafı istiqamətində real addımlar atılmalı idi. Hökumət hesablamalı idi ki, artıq dövlət büdcəsində neft gəlirlərinin payı son illər davamlı olaraq 70-75 faiz təşkil edirdisə, bu azalırmı? Azalırsa, məsələn mənfəətədən daxil olmalarda sahibkarlığın payı nə qədər artıb, nə qədər, necə dəyişir. Bütün bunlar həyata keçirilməyib. Diqqət yetirirsinizsə, son illər kənd təsərrüfatının inkişafı ilə bağlı müəyyən qərarlar verilib, sənayenin inkişafı proqramı qəbul olunub. Bu proqram hansısa konkret hədəflər qoymaqdan daha çox müxtəlif tədbirlər toplusundan ibarətdir.

Sınaq ilindən çıxmaq üçün hökumətin hər hansı bir fövqəladə vəziyyət, iqtisadiyyatın sabitləşdirilməsi və ya qeyri-neft sektorunda hansısa təcili tədbirlər proqramı, belə bir xüsusi proqramı hazırlanmayıb

Sınaq ilindən çıxmaq üçün hökumətin hər hansı bir fövqəladə vəziyyət, iqtisadiyyatın sabitləşdirilməsi və ya qeyri-neft sektorunda hansısa təcili tədbirlər proqramı, belə bir xüsusi proqramı hazırlanmayıb. Eyni zamada son müşavirədə qarşıya qoyulan hədəflər əvvəlki dövrdən elə də ciddi fərqlənmir. Yəni bütün yanaşmalar məhz əvvəlki illərdə başlanmış siyasətin davam etdirilməsini göstərir. Belə bir vəziyyətdə 2015-ci ilin nəyin sınaq ili olması təbii ki, qeyri-müəyyən qalır. Yəni bu baxımdan təbii ki, dünya iqtisadiyyatında baş verən proseslər baxımından, ölkəyə neft daxilomalarınan azalması baxmından bir sınaq ilidir. Hökumət bu sınaq ilindən necə çıxacağını konkret proqramlar formasında hələ əks etdirməyib. Çox vacib məqamlardan biri 2006-cı ildən Milli Məclisdə “Rəqabət Məcəlləsi” müzakirəyə çıxarılıb, hələ də qəbul edilməyib. Yəni bu hökumətin rəqabətə münasibətini göstərir. Son bir məqam, hökumət bir daha bəyan edib ki, yerli iqtisadiyyatın, daxili iqtisadiyyatın qorunması siyasətini davam etdirəcək. Bu o deməkdir ki, hökumət oliqarxların yaratdığı müəssisələri yenə inhisarçı mövqedə saxlayacaq, ölkəni rəqabətdən kənarda qoyacaq. Təbii ki, bu da qeyri-neft sektorunun inkişafına ən böyük zərbə olacaq.

Amerikanın Səsi: Hökumət ekstensiv yolla, yəni vergi siyasətində dəyişiklik etməklə durumu yaxşılaşdrımağa cəhd edir. Sizcə köklü islahatlar aparılmadan vəziyyətdən, böhrandan çıxış mümkündürmü?

Son zamanlar siyasi azadlıqlardan çox danışılır, məgər bu gün Azərbaycanda iqtisadi azadlıqlar təmin olunurmu? Mülkiyyət toxunulmazlığı təmin olunurmu? İnsanların seçim azadlığı təmin olunurmu?

Azər Mehdiyev: Hökumətin ekstensiv inkişaf imkanları artıq tükənib. Yəni indiyəcən hökumət ekstensiv inkişafa gedirdi. Ona görə ki, neftdən gəlir əldə edirdi. Çox böyük həcmdə neft gəlirlərini investisiyalar formasında ölkə iqtisadiyyatına yönəldirdi, həmin investisiyalar hesabına infrastruktur, müəssisələr yaratmaqla dövlətin məşğul olmamalı işlərlə məşğul olmaqla iş yerləri yaradırdı, insanlara müəyyən gəlirlər verirdi, iqtisadi fəallığı yüksəldirdi. Ancaq indi hökumətin bu imkanı məhdudlaşıb. Ölkəyə neft daxil olmaları azaldıqca dövlət investisiyaları azalacaq. Bu qaçılmazdır. Bu isə iqtisadi fəallığı aşağı salacaq, iş yerlərinin azalması baş verə bilər. Bu halda vergilərin artırılması heç bir ekstensiv inkişafa aparmır. Bu olsa-olsa “qayışın daha da çəkilməsinə” gətirib çıxaracaq. Son nəticədə nəfəsin alınması çətinləşəcək. Bu baxımdan hesab edirəm ki, ölkə iqtisadiyyatında neft gəlirlərini əvəzləyəcək bir gəlir sahəsi yaratmaq istəyiriksə, bu mütləq ölkədə rəqabət mühitinin formalaşdırılmasından, azad sahibkarlığın inkişafından keçir. Biz azad sahibkarlığı inkişaf etdirmək istəyiriksə mütləq müstəqil məhkəmə sistemi olmalıdır.

Çünki bazar iqtisadiyyatının və azad sahibkarlığın birinci dərəcəli məsələsi müstəqil məhkəmə sisteminin olmasıdır. Sahibkarlar, iş adamları istənilən bir mübahisəni məhkəmə qaydasında həll edə bilməlidir. Bunun üçün bütün azadlıqlar təmin olunmalıdır, xüsusi ilə iqtisadi azadlıqlar. Son zamanlar siyasi azadlıqlardan çox danışılır, məgər bu gün Azərbaycanda iqtisadi azadlıqlar təmin olunurmu? Mülkiyyət toxunulmazlığı təmin olunurmu? İnsanların seçim azadlığı təmin olunurmu? Diqqət yetirin son zamanalar Azərbaycanda məhz oliqarxların yaratdığı müəssisələr məhsul istehsal etdikdcə mağazalardan həmin çeşiddə xaricdən gətirilən məhsullar yoxa çıxır, yəni onlara qadağa qoyulur. Bu isə insanların iqtisadi seçim imkanlarının məhdudlaşdırılmasıdır. Yəni bu cür azadlıqların məhdudlaşdırılması heç bir halda nəinki ekstensiv inkişafa, heç intensiv inkişafa da meydan vermir.

Biz rəqabətə davamlı iqtisadiyyat yaratmaq istəyiriksə müasir dövürn iqtisadi inkişaf tendensiyalarını tutmalıyıq. İnnovasiyalara, insan kapitalına əsaslanan bir iqtisadiyyat yaratmalıyıq. Bu iqtisadiyyat rəqabətə açıq olmalıdır, yüksək təhsilə (təhsilimizin səviyyəsini bilirsiniz), insanların yüksək sağlamlığına (səhiyyəmizin səviyyəsini bilirsiniz) əsaslnamalıdır.

Yəni insan kapitalının inkişafı qarşıya məqsəd kimi qoyulsa da, insan kapitalının inkişafı ilə bağlı komponentlər üzrə geridəyik və geriləməkdəyik

Yəni insan kapitalının inkişafı qarşıya məqsəd kimi qoyulsa da, insan kapitalının inkişafı ilə bağlı komponentlər üzrə geridəyik və geriləməkdəyik. Bu halda təbii ki, mümkün dəyişikliklər olmadan, - təhsil sahəsində, insan azadlıqları sahəsində, məhkəmə sistemində hər hansı irəliləyişə nail olmağımız qeyri-mümkündür.

XS
SM
MD
LG