Accessibility links

Hövsandakı qarşıdurmada bir gənc dünyasını dəyişib [Yenilənib]


Hövsandakı qarşdurmada bir gənc dünyasını dəyişib
Hövsandakı qarşdurmada bir gənc dünyasını dəyişib

Elmar Əliyevin ölüm faktı ilə bağlı araşdırma aparılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə ilə əlaqədar məlumat yayıb.

Məlumata görə, hazırda idarənin əməkdaşları sözügedən məktəbdədirlər. Məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb.

Məktəbin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.

***

Yanvarın 19-da Hövsanda məktəb direktoruna etiraz olaraq aksiya keçirilib.

Müsavat partiyası Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli Turana bildirib ki, Hövsan kəndində keçirilən etiraz aksiyası zamanı polislə qarşıdurmada kənd sakini, 21 yaşlı Elnur Əliyev dünyasını dəyişib.

Onun sözlərinə görə, kənd sakinlərinin etiraz aksiyası keçirmələrinə səbəb kənddəki 118 saylı məktəbin direktoru Qardaşxan Səlimovun etikadan kənar ifadəsi olub.

Direktoru mühafizə edən polislə sakinlər arasında qarşıdurma yaranıb, bu qarşıdurma E.Əliyevin ölümü kimi faciə ilə başa çatıb.Daha bir yaşlı şəxs xəstəxanaya qaldırılıb. Ölüm xəbəri yayıldıqdan sonra sakinlər hələ də məktəbə axışır, insident davam edir.

Polis orqanları, Suraxanı rayon icra hakimiyyəti nümayəyəndələri hadisə yerinə gəliblər. Onlar sakinlərdən aksiyanı dayandırmağı xahiş edərək bu məsələni özləri həll edəcəkləri vədi versələr də sakinlər dağılmayıblar. Onlar məktəb direktoru Q. Kərimov barəsində təcili ölçü götürülməsini tələb edirlər.

Öz növbəsində Suraxanı Rayon Polis İdarəsinin rəisi Təhmasib İbrahimov APA-nın hadisə yerində olan əməkdaşına bildirib ki, Elmar Əliyevin ölüm faktı ilə bağlı Rayon Prokurorluğunda araşdırma aparılır: “Həkimlər mənə bildirdilər ki, ölən şəxs epilepsiya xəstəsidir”.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Suraxanı Rayon Şöbəsinə aparılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG