Accessibility links

Həbsxanada doğulan uşaqla bağlı yeni məlumat


Qobustan həbsxanası

Qobustan həbsxanası

Ombudsmanın nümayəndələri Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində məhbus Lamiyə Quliyeva və digər məhkum qadınlarla konfidensial qaydada görüşlər keçirib. Bu barədə Azərbaycana ombudsmanın mətbuat xidməti məlumat yayıb.

Qadınlar saxlanma şəraitindən və cəzaçəkmə müəssisəsinin işçipersonalının onlarla davranışından şikayət etməyib

L.Quliyeva isə ötən ilin oktyabrında uşağının dünyaya gəlməsi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib. O bildirib ki, “heç kim tərəfindən zorakılığa məruz qalmayıb, bu, onun öz istəyi ilə olub”.

O, özünün və uşağın vəziyyətindən şikayətlənməyib. L.Quliyeva standartlara uyğun olaraq ana və uşaq otağında saxlanılır.

Hazırda Penitensiar Xidmət məsələ ilə bağlı araşdırma aparır.

Lamiyə Quliyeva Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısının oğlunun ölümündə iştiraka görə 10 il həbs cəzası alıb.

O, qadınların saxlandığı cəzaçəkmə müəssisəində uşaq dünyaya gətirib. Lamiyə Quliyevanın rəsmi nigahda olmadığı bildirlir.

Normalara görə cəzaçəkmə müəssisəsində saxlanan qadınlar yalnız öz doğmaları- valideynləri, bacı-qardaşı, uşağı, həyat yoldaşı ilə uzun müddətə görüş ala bilər. Məlum oldu ki, L.Quliyeva evli deyil. Odur ki, qapalı şəraitdə saxlanan qadının kiminlə münasibətdə olması, uşağın atasının kimliyi ictimai marağa səbəb olub.

Penitensiar Xidmət ombudsmanın mətbuat xidmətinin məlumatına hələlik münasibət bilbirməyib.

XS
SM
MD
LG