Accessibility links

Qızı döyənləri azad edilməsi ilə bağlı məhkəmə qərarından protest verilib

Xətai Rayon Məhkəməsinin Ülkər İsayevanı fiziki işgəncəyə məruz qoyanların azad edilməsi ilə bağlı məhkəmə qərarından Bakı Şəhər Prokurorluğu apellyasiya protesti verib.

Protestə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Zaur Məmmədov martın 9-da, saat 04.25 radələrində qardaşı Elin Məmmədovla bir qrup şəxs halında sərxoş vəziyyətdə ictimai yerdə heç bir səbəb olmadan tanışları İsayeva Ülkər Hamlet qızını idarə etdikləri 90 KU 050 dövlət nömrə nişanlı “BENTLEY” markalı avtomobildən zorla çəkib çıxarmaqla yerlə sürüyərək, əl və ayaqla zərbələr endiriblər. Vətəndaşların müdaxiləsinə baxmayaraq sakitləşməyən sərxoş qardaşlar İsayevaya dəfələrlə fiziki işgəncə verib.

Martın 12-də qardaşlar polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.Bakı şəhəri Baş Polis İdarəsinin təqdimatı əsasında Bakı şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirən şəxs qismində cəlb edilmiş hər iki şəxs barəsində həbs qəti imkan tədbirinin seçilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edib.

Martın 14-də Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşovanın çıxardığı qərara əsasən Zaur və Elin Məmmədov qardaşları məhkəmə zalından azad buraxılıb.

Ülkər İsayeva Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızıdır.

XS
SM
MD
LG