Accessibility links

Kəmər 2018-ci ildə istifadəyə veriləcək

Martın 17-də Türkiyənin Qars şəhərində Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) tikintisinə start veriləcək.

Azərbaycan prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak etmək üçün Qarsa gedib. Təməlqoyma mərasimində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da iştirak edəcək.

Türkiyə və Avropa Birliyi ölkələrinə Xəzər qazının çatdırılmasında əsas rol oynayacaq TANAP layihəsi 2018-ci ildə istifadəyə veriləcək. İlkin olaraq ildə 16 mlrd. kubmetr təşkil edəcək qaz nəqli mərhələli olaraq 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə çatdırılacaq.

1850 kilometr uzunluğu olan TANAP 2020-ci ilin əvvəlindən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) qoşulacaq. TAP Xəzər qazını Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

TANAP-ın ümumi dəyəri 11 mlrd. dollar qiymətləndirilir.

TANAP layihəsinin payçıları bunlardır: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.

XS
SM
MD
LG