Accessibility links

“Metropark”da baş verən kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açılıb


Bakıda kütləvi zəhərlənmə
Bakıda kütləvi zəhərlənmə

Bakıda ticarət mərkəzlərindən birində baş vermiş kütləvi zəhərlənmə ilə bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb,

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Amerikanın Səsinə bildirib ki, müvafiq ekspertizalar təyin edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Aprelin 12-də Bakıdakı "Metropark" ticarət mərkəzinin yeraltı dayanacağında dəm qazından 30-dan artıq insan zəhərlənib. Onların yarısına yerindəcə ilkin tibbi yardım göstərilib.

Fövqəladə Hallar Nazirliyindən isə Trendə bildiriblər ki, ilkin ehtimala görə, zəhərlənmə ticarət mərkəzinə bitişik binaların birindən qaz sızması nəticəsində baş verib

XS
SM
MD
LG