Accessibility links

Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan mayeləşdirilmiş təbii qaz layihəsi (AGRİ) üzrə Birgə Bəyannamə qəbul edilib. Birgə Bəyannamədə AGRİ layihəsinin Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olaraq gələcəkdə inkişaf etdirilməsinə dəstək ifadə olunub.

Azərbaycan Energetika Nazirliyinin mətbuat xiodmətinin məlumatına görə, bəyannamə iyunun 25-də Rumıniyanın paytaxtı Buxarest şəhərində AGRI iştirakçı ölkələrinin energetika sahəsi üzrə məsul nazirlərinin iclasında qəbul edilib.

İclasda AGRİ layihəsinin həyata keçirilməsi ilə bağlı iştirakçı ölkələrin mövqeyi, layihənin texniki-iqtisadi əsaslandırmasının yekun nəticələri və maliyyələşdirmə imkanları müzakirə edilib.

Azərbaycanın energetika naziri Natiq Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, enerji resurslarının nəqli marşrutlarının diversifikasiyasına verdiyi töhfələr və həyata keçirilən enerji layihələrindən danışıb, AGRİ layihəsinin iqtisadi və sosial əhəmiyyətini yüksək qiymətləndirib.

Natiq Əliyev SOCAR-ın Rumıniyadakı fəaliyyətindən də bəhs edib. SOCAR-ın Rumıniya iqtisadiyyatına yatırdığı sərmayənin Azərbaycan hökuməti tərəfindən tam dəstəkləndiyini bildirib.

XS
SM
MD
LG