Accessibility links

Azərbaycanın dəniz sərhədlərini pozmağa cəhd edən qruplar zərərsizləşdirilib


Dövlət Sərhəd Xidməti Xəzərdə təlimlər keçirir
Dövlət Sərhəd Xidməti Xəzərdə təlimlər keçirir

Rusiya və İran ərazisindən Azərbaycanın dəniz sərhədlərini pozmağa cəhd edən qruplar zərərsizləşdirilib.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin iyun ayında sərhədçilər tərəfindən dəniz yolu ilə Azərbaycana qaçaqmal gətirməyə cəhd göstərmiş qruplar zərərsizləşdirilib.

Məlumatda deyilir ki, bu ilin iyunun 19-da DSX Sahil Mühafizəsinin “Müqtədir” sahil nəzarət məntəqəsinin xidməti sahəsindən Rusiyadan dəniz yolu ilə qayıqla qaçaqmalın gətiriləcəyi barədə əldə olunmuş məlumata əsasən sahilboyu ərazi qapanıb, sərhəd gözətçi gəmisi vasitəsilə ərazi müşahidə altına götürülüb.

Keçirilmiş tədbirlər nəticəsində yunun 20-də mühərrikli qayıqla 804 kq nərə cinsli və 7 kq hisə verilmiş balıq, 2,4 kq qara kürü gətirmiş 8 nəfərdən ibarət qrup saxlanılıb.

İyunun 29-da DSX Sahil Mühafizəsinin “Balıqçılar” sahil nəzarət məntəqəsinin xidməti sahəsində dənizdən qayıdan balıqçı qayığının sənədləşdirilməsi zamanı 2 nəfərdən ibarət heyət üzvünün hərəkətləri sərhəd naryadında şübhə doğurduğu üçün qayığa əsaslı baxış keçirilib, qayığın burun və orta hissələrində xüsusi düzəldilmiş gizli saxlanc yerləri aşkar edilib.

Gizli yerlərə baxış zamanı 36 ədəd bağlamada ümumi çəkisi 1550 qram narkotik maddə olan qurudulmuş marixuana, 4600 qutu “Kent”, 2000 qutu “MM” markalı siqaretləri, 5970 konvalyut “Altram-200”adlı dərman preparatı, 15 ədəd “Samsung-Galaxy” markalı mobil telefon aşkar olunaraq götürülüb. İlkin araşdırma zamanı qaçaqmalın şəbəkə qrup tərəfindən dəniz yolu ilə İrandan gətirildiyi müəyyən edilib.

Hər iki fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi qaldırılmışdır, zəruri istintaq tədbirləri davam etdirilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG