Accessibility links

Beynəlxalq Qızıl Xaç Komitəsi azərbaycanlı girovlara baş çəkib


Beynəlxalq Qızıl Xaç Komitəsi

Beynəlxalq Qızıl Xaç Komitəsi

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycanın ermənilərin nəzarətində olan Kəlbəcər rayonunda girov götürülən azərbaycanlılara baş çəkib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA agentliyinə deyib ki, baş çəkmə avqustun 20-də olub.

BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb.

İ.Hüseynovanın dediyinə görə, BXQK mandatına uyğun olaraq, saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin. Bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.

Ötən ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Ermənilərin hərbi nəızarətində olan Dağlıq Qarabağda qurulan məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə həbs cəzasına məhkum edib.

XS
SM
MD
LG