Accessibility links

Vergi qanunvericiliyinə yeni dəyişikliklər təklif edilir


Vergilər Nazirliyi

Vergilər Nazirliyi

Ticarət və ictimai iaşə fəaliyyətilə məşğul olan şəxslərin vergi hüquq pozmalarına görə maliyyə sanksiyalarının artırılması təklif olunur.

Report.az saytı xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında "Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, təqvim ili ərzində vergi hüquqpozulmasına birinci dəfə yol verildikdə 400 manat məbləğində maliyyə sanskiyası tətbiq olunurdusa, dəyişikliklə bu məbləğ 2 000 manat olacaq.

"Təqvim ili ərzində ikinci dəfə hüquq pozulmasına yol verildikdə isə indiki kimi 800 manat deyil, 4 000 manatdək cərimə olunması təklif edilir. Belə hüquqpozulmasına üçüncü dəfə yol verildikdə isə cərimənin 1 200 manatdan 6 000 manat məbləğinə qədər qaldırılması təklif olunur".

Təklif olunan digər bir dəyişikliyə əsasən, Azərbaycanda ticarət və ictimai iaşə sahələrində çalışan sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsinin artırılması, idman mərc oyunlarında uduşlara 10 faiz həcmində vergi tətbiqi nəzərdə tutulur.

Nazir Məmmədov bildirib ki, üç ildir idman mərc oyunlarında əldə edilən uduşlar vergidən azad idi.

"Bu da həmin sahənin inkişafını stimullaşdırmışdı və üç ildə bu sahənin dövriyyəsi 300 milyon manatadək yüksəlib. Buna görə də hazırkı iqtisadi vəziyyətdə bu mənbənin vergiyə cəlb edilməsi əlverişli olacaq".

APA agenetliyinin məlumatına görə isə nazir həmçinin deyib ki, layihədə təklif olunan dəyişikliklərin bir qismi də sadələşdirilmiş vergi tutulmasının təkmilləşdirilməsi və tikinti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə aiddir.

“Dəyişikliyə əsasən, sadələşdirilmiş verginin ticarət fəaliyyətilə məşğul olan sahibkarlar üçün dövriyyənin 6 faizi, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar üçünsə 8%-i səviyyəsində edilməsi təklif olunur”, o qedy edib.

Ticarət və ictimai iaşə fəaliyyəti üzrə fəaliyyət göstərən şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir və bu vergi ticarət fəaliyyəti üzrə 6%, ictimai iaşə fəaliyyəti üzrə isə 8% (dövriyyə həcmindən) müəyyənləşdirilir.

Layihədə binaların tikintisi və satışı fəaliyyətini həyata keçirən, habelə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə tətbiq olunan vergitutma mexanizminin təkmilləşdirilməsi üçün onların sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik olması təklif edilir. Bu zaman tikinti müəssisəsi seçdiyi vergitutma metodunu tikinti başa çatdırılanadək dəyişdirə bilməz.

Müstəqil ekspertləri qanunvericiliyə təklif olunan yeni dəyişkiliklərin vergi yığımına hansı təsir edəcəyi barədə hələ şərh verməyib.

Ancaq müşahidəçilər qiymətlərin artacağından narahatdır.

XS
SM
MD
LG